. .

"Boris Yeltsinin həyat yoldaşı siyasətə qarışmazdı, müdaxilə etməzdi"

15:25 - 14 Mart
    10301 oxunma

Yeltsinin yaxınları, həyat yoldaşının Rusiya siyasətindəki təsirindən danışırlar

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin yaxınları həyat yoldaşı Nainanın 90-cı illərdə Rusiyadakı siyasi vəziyyətə təsirindən danışıblar.

Bizimxeber.az URA.RU portalına istinadən bildririr ki, 1991-1993-cü illərdə dövlət başçısının siyasi məsələlər üzrə müşaviri olan Sergey Stankeviç deyib ki, Naina Yeltsina ərinin ölkədəki siyasi vəziyyətə təsir göstərə biləcək qəzəbli addımlarını yumşaldırdı. Ona görə, Yeltsin prezidentliyi dövründə müxtəlif siyasətçilər və dərnəklərlə qarşıdurmada idi: "Belə bir tarazlaşdırıcı təsir olmasaydı, daha kəskin siyasi ziddiyyətlər ola bilərdi".

1993-1996-cı illərdə prezident administrasiyasının rəhbəri Sergey Filatova görə, Naina Yeltsinə heç bir siyasi təsir göstərmirdi, korrupsiyaya bulaşmağa imkan vermirdi: “Həmişə özünü çox təvazökar aparırdı. Prezidentin yanında idi, amma heç vaxt yüksək səslə və ya hər hansı bir mövqey sərgiləməzdi. Özünü çox düzgün aparırdı".

Naina (Anastasiya) Girina Boris Yeltsin ilə S.M. adına Ural Politexnik İnstitutunda tanış olub. 1956-cı ildə evləniblər. 1985-ci ildə Yeltsinlər ailəsi Moskvaya köçüb. 14 Martda Rusiyanın ilk prezidentinin dul qadının 89 yaşı tamam oldu. 1991-1999-cu illərdə ölkəni idarə edən Boris Yeltsin 2007-ci ildə vəfat edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84