Boris Consonun atası Fransa vətəndaşlığı üçün müraciət edib

13:01 - 02 Yanvar
    1160 oxunma

Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Fransa vətəndaşlığı almaq üçün müraciət edib.

82 Stenli Conson yanvarın 1-də Brexitdən sonra Avropa İttifaqı ilə əlaqələrini davam etdirmək üçün Fransa pasportu almağa qərar verib. Avropa Parlamentinin sabiq üzvü olan Stenli Conson 2016-cı ildə keçirilmiş referendumda Britaniyanın İttifaqın üzvü kimi qalmasının lehinə səs verib.

O bildirib ki, “Anam Fransada anadan olub. Onun anası da tamamilə fransız idi. Beləliklə, bu qərar mənim üçün var olanı geri qaytarmaqdır. Bu da məni çox xoşbəxt edir”.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üçün həyata keçirilən Brexit kampaniyasına oğul Conson başçılıq edirdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84