Bomba tapılmadı - YENİLƏNİB

21:12 - 29 Aprel
    1010 oxunma

Avstriyada Prezident iqamətgahında bomba tapılmayıb.

Bizimxeber.az -ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisi məlumat yayıb.

"Axtarışın nəticəsi mənfidir. Bütün hərəkət bərpa olunacaq və qadağalar qaldırılacaq", - polisin məlumatında deyilir.

Xatırladaq ki, Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və bir hissəsində Prezident Aleksandr Vand der Bellenin ofisi yerləşən keçmiş kral sarayına bomba qoyulması barədə məlumat yayılıb.

Hofburq sarayının əməkdaşları və Prezident saraydan çıxarılıb.

Bomba qoyulması barədə xəbərdarlıq elektron məktub vasitəsilə göndərilib.

 

***

19:32

Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və bir hissəsində Prezident Aleksandr Vand der Bellenin ofisi yerləşən keçmiş kral sarayına bomba qoyulması barədə məlumat yayılıb.

Bizimxeber.az -ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Hofburq sarayının təxliyəsinə başlayıblar.

Bomba qoyulması barədə xəbərdarlıq elektron məktub vasitəsilə göndərilib.

Hofburq sarayında Avstriya Parlamentinin Aşağı Palatasının debat otağında ATƏT-in qərargahı yerləşir.

Prezidentin ve Baş naziri ofisləri arasındakı meydan da boşaldılıb.   


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84