Bolqarıstan yenidən maska rejimini tətbiq etdi

20:31 - 22 İyun
    750 oxunma

Bolqarıstan hökuməti qapalı ictimai məkanlarda qoruyucu maska taxmaq rejimini təkrar tətbiq edib.

Bunu ölkənin səhiyyə naziri Kiril Ananiyev deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində Bolqarıstanda yoluxma sayı yenidən artıb. Belə ki, iyunun 7-dən 22-dək koronavirusa yoluxanların sayı 626 nəfər artıb.

Yeni qərara əsasən, teatr, kinoteatr və digər qapalı məkanlarda maska taxmaq məcburi olacaq.

Qeyd edək ki, iyunun əvvəlində ölkədəki xüsusi epidemioloji vəziyyət yumşaldılsa da, rejim daha sonra bu ayın sonuna kimi uzadıldı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84