Bolqarıstanda parlament seçkilərində narazılıq
-
5480 oxunma

Bolqarıstanda keçirilmiş parlament seçkilərinin “exit poll” nəticəsi açıqlanıb.
“RİA Novosti”yə istinadən xəbər verir ki, 25% səslə hakim “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” partiyası qalib gəlib. “Belə bir xalq var” partiyası 17,1%, Bolqarıstan Sosialist Partiyası 16,7% səs, “Demokratik Bolqarıstan” 10,5%, “Hüquq və azadlıqlar uğrunda hərəkat” 10,2%, “Yüksəl. Mafiya rədd ol 5%, VMRO(Bolqarıstan milli hərəkatı) 4,7% səs toplayıb.
Qeyd edək ki, seçkilərdə 22 partiya, 8 seçki koalisiyası və müstəqil namizədlər iştirak ediblər. 240 deputat mandatı uğrunda 6 895 namizəd mübarizə aparıb.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84