. .

Boksçumuz dünya çempionatında 4/1 finala yüksəldi - VİDEO

11:52 - 19 Aprel
    21187 oxunma

Polşanın Kielts şəhərində keçirilən gənclər arasında boks üzrə dünya çempionatında Azərbaycan milli yığma komandasının gənc təmsilçisi Əli Zamanov 52 kq çəki dərəcəsində erməni rəqibini məğlub edib. 

Bizimxeber.az bildirir ki, 16/1 mərhələsində Əli Zamanov R.Qarboyana 3:0 hesabı ilə qalib gələrək 8/1 finala yüksəlib. 

8/1 döyüş mərhələsində boksçumuzun rəqibi Tayland təmsilçisi T.Aonyaem olub. Əli Zamanov rəqibini  3:1 hesabı ilə məğlub edərək 4/1 finala vəsiqə qazanıb. Boksçumuzun növbəti döyüşü Rusiya təmsilçisi E.Zhorov ilə olacaq. 

Bu döyüş Bakı vaxtı ilə saat 16:00 da AİBA-nın rəsmi "Youtube” kanalında göstəriləcək. İdmançımıza bu mübarizədə uğurlar arzulayırıq.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84