.
.

Boksçumuz Avropa çempionatında erməniyə qalib gəldi

12:48 - 18 İyun
    3829 oxunma


İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. 

Bizimxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə 1/16 finalda Gürcüstan yığmasının erməni əsilli üzvü Arşak Yelizbaryanla üz-üzə gəlib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız hər üç raundda rəqibini üstələyərək qalib gəlib - 3:0. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84