“Boeing” “737 MAX” təyyarələrinin istehsalına yenidən başlandı

13:27 - 28 May
    1005 oxunma

ABŞ-ın “Boeing” şirkəti yanvar ayında dayandırdığı “737 MAX” tipli sərnişin təyyarəsinin istehsalına yenidən başlayıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Boeing” son aylarda “737 MAX”ın istehsalına yenidən başlamaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Şirkət bu müddət ərzində Federal Aviasiya Administrasiyası və digər qlobal tənzimləyicilərlə birgə əməkdaşlığı davam etdirib.

“Boeing” hələ də son iki faciəli qəzanın ağır yükünü daşıyır. Bu qəzalardan təsir görənlərin ehtiyaclarını ödəmək üçün 100 milyon dollarlıq yardım fondu yaradılıb”, - deyə şirkətin məlumatında bildirilir.

Xatırladaq ki, iki təyyarə qəzasında ümumilikdə 346 sərnişin ölməsindən sonra “Boeing” “737 MAX”ın tədarükünü dayandırmış və 2019-cu ilin martında istehsal edilmiş “737 MAX” təyyarəsinin uçuşunu qadağan etmişdi.

Qeyd edək ki, koronavirus epidemiyası ilə bağlı sifarişlər ləğv edildiyi üçün “Boeing”in ölkənin müxtəlif bölgələrindəki anqarları təyyarələrlə dolmuşdu. “Boeing”in idarə heyətinin sədri Deve Calhounun təxminən 7000 işçinin ixtisar edildiyini açıqlamasından sonra şirkətin istehsala yenidən başlamaqla bağlı qərar verməsi birmənalı qarşılanmayıb.

Tərlan
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84