BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub

23:28 - 31 Mart
    60015 oxunma

Cenevrədə BMT-nin doqquz əməkdaşında COVİD-19 virusunun aşkarlanması təsdiqlənib.

Bizimxeber.az xəbər verir ki, bu barədə təşkilatın Cenevrə Qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi xəbər verib.

A.Veluççinin sözlərinə görə, söhbət BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, həmçinin Millətlər Sarayında yerləşən Cenevrə Baş Qərargahının əməkdaşlarından gedir.

Nümayəndə BMT-nin "İsveçrə hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı ilə koronavirusun qarşısının alınması və hazırlıq tədbirlərinə dair sıx əməkdaşlıq etdiyini" bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84