.
.

BMT-dən XƏBƏRDARLIQ - "Quraqlıq kimi peyvəndi olmayan pandemiya gözlənilir"

14:23 - 18 İyun
    2754 oxunma


Ölkələr iqlim fövqəladə vəziyyətini həll etmək üçün təcili tədbirlər görməsələr, quraqlıq kimi gizli bir qlobal problem növbəti pandemiyaya keçə bilər.

Bizimxeber.az-ın məlumatına görə, bu barədə BMT-nin son hesabatında deyilir.

Bildirilir ki, 21-ci əsrdə ən azı 1 milyard yarım insan quraqlıqdan əziyyət çəkir və iqtisadi zərər təxminən 124 milyard dollara yaxınlaşır. Mütəxəssislərin fikrincə, itkilərin dəqiq miqdarı dəfələrlə çoxdur, çünki verilən məlumatlar inkişaf etməkdə olan ölkələrin bu təbii fenomendən olan itkilərinin əksəriyyətini əks etdirmir.

Hesabatda BMT-nin Fəlakət Riskinin Azaldılması İdarəsinin rəhbəri Mami Mizutorinin fikirləri də yer alıb. Onun fikrincə quraqlıq növbəti pandemiya olmaq üzrədir və onu müalicə edəcək bir peyvənd yoxdur. 

"Yaxın bir neçə ildə dünyanın çox hissəsi su çatışmazlığı yaşayacaq və tələb təklifi üstələyəcək. Bir çoxları quraqlığın yalnız Afrikanın çöl bölgələrini təsir etdiyini düşünür, ancaq əsrin sonuna qədər demək olar ki, bütün ölkələr bu və ya digər şəkildə quraqlıq problemindən ciddi ziyan görəcəklər. Əhali artımı da bu prosesə sürətlə kömək edir".

Hesabatda iqlim dəyişikliyi nəticəsində yağıntıların dəyişməsi quraqlığın əsas səbəbkarı kimi göstərilir. Lakin intensiv kənd təsərrüfatı işləri zamanı su ehtiyatlarından səmərəsiz istifadə və torpaqların deqradasiyası da mühüm rol oynayır.

Pərvanə Vaqıfqızı
Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84