.
.

"Bloomberg"dən tualet kağızı xəbərdarlığı 

18:15 - 25 Mart
    11520 oxunma


"Bloomberg" xəbər verir ki, davam edən koronavirus pandemiyası fonunda dünya tualet kağızı problemi ilə üzləşə bilər.

Bizimxeber.az agentliyin məlumatına istinadən bildirir ki, çatışmazlığa səbəb dəniz nəqliyyatına tələbin artması və yük gəmilərinin azlığı ola bilər.

Agentliyin məlumatında qeyd olunur ki, bu tip sanitariya əşyaları üçün dünya xammal tədarükünün təxminən üçdə birini təmin edən Braziliyanın Suzano SA şirkəti artıq istehsal üçün lazım olan odun və sellülozunun ixracı ilə bağlı  problemlərin yarandığını bildirib.

Şirkətin məlumatlarında qeyd olunub ki, çatdırma problemi xammal tədarükünün kəsilməsinə və tualet kağızı istehsalının azalmasına səbəb olacaq.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84