. .

"Bloomberg': "Dünya iqtisadiyyatına gündəlik təxminən on milyard dollar ziyan dəyib"

14:25 - 29 Mart
    11405 oxunma

Süveyş kanalında ilişib qalan Ever Given tankerinin çıxarılma anının təyyarədən çəkilən videogörüntüləri yayılıb. Bizimxeber.az bildirir ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti 224 min tona yaxın olan konteyner Çindən Rotterdam şəhərinə yola düşüb və kanalda ilişib qalıb. "Inchcape Shipping" şirkəti gəminin artıq çıxarıldığı barədə rəsmi məlumat yayıb.

Yayılan görüntüdüə konteyner gəmisinin necə çıxdığını və hərəkəti davam etdirdiyi görünür. Gulf Agency Company (GAC) şirkətinin məlumatına görə, bir neçə yüz gəmi keçiddə gözləyir.

Qeyd edək ki, Süveyş kanalı dünyanın ən yüklənmiş dəniz ticarət yollarından biridir. Uzunluğu 160 kilometr, eni 250 metrədək, dərinliyi 20 m-ə qədərdir. Aralıq dənizi və qırmızı dənizləri birləşdirir və su nəqliyyatının hər iki tərəfə Afrika (sutkada 50 gəmi) əyilmədən Avropa və Asiya arasında keçməsinə imkan verir. "Bloomberg' in məlumatına görə, kanalın bağlanması dünya iqtisadiyyatına gündə təxminən on milyard dollar ziyan vurub.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84