.
.

Blinken Kiyevə gəldi

02:46 - 06 May
    1136 oxunma


ABŞ dövlət katibi Entoni Blinken Kiyevə rəsmi səfər edib.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, məqsəd ABŞ-ın  Ukraynanı dəstəklənməsini aşkar şəkildə göstərmək , həmçinin Kiyevə silah tədarükünü müzakirə etməkdir.

Blinkenlə bərabər siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da Ukraynadadır. Ukrayna mətbuatının məlumatına görə,  bu gün dövlət katibi Ukraynanın XİN başçısı Dmitri Kuleba ilə görüşəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş və birgə mətbuat konfransı planlaşdırılıb.

Bu dəfəki səfərin əsas əsas özəlliyindən biri Kiyevdə Blinkenin iştirakı ilə virtual rejimdə Ukrayna ictimaiyyətinin nümayəndələri ilə dəyirmi masanın keçiriləcəyidir. 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84