“Biz təcili Tarif Şurasını ləğv etməliyik”

11:52 - 01 Fevral
    8480 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

“Bizim Azərbaycanın üzərində bir kabus yaranıb. Bu kabusun adı da Tarif Şurasıdır. Kimsə xalqda dövlətə inamsızlıq yaratmaqdan ötrü qiymətləri qaldırır”. 

Bizimxeber.azbildirir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, zəlzələni əvvəldən bilmədiyimiz kimi, Tarif Şurasının qərarlarını da bilmirik: “Yediyimiz, içdiyimiz gözümüzdən gəlir. Heç kim də xalqın qarşısına çıxıb hesabat vermir. Gərək deputat hesab verə. Konstitusiyanın ana maddəsi xalqın rifahının yaxşılaşdırılmasıdır. Nə haqla Tarif Şurası bu halları məhdudlaşdırır?  Biz təcili Tarif Şurasını ləğv etməliyik. Ya da bu qiymətləri bizə təqdim etməlidirlər ki, onu biz müəyyənləşdirək. Görülən işlərə kölgə salmaq lazım deyil”.

***

Deputat Erkin Qədirli isə bildirib ki, Tarif Şurası parlamentdən kənar büdcəyə müdaxilə edən qurumdur: “Tarif Şurasının üzvləri nazir müavinləridir. Onlar da siyasi məsuliyyət daşımır. Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentin icazəsi olmadan olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84