"Biz ev heyvanıyıq, siz də sahibimiz? " - Müğənni Elnarə od püskürdü

15:43 - 04 Avqust
    2185 oxunma

Ölkədə karantin rejiminin uzadılması ilə bağlı qərara müğənni Elnarə Xəlilova sərt reaksiya göstərib. Müğənni “Instagram” hesabında bununla bağlı post paylaşıb:

"İndi guya sms icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək?Hara gedə bilərik ki? Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz ev heyvanıyıq, siz də sahibimiz?

Qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin. İcazəni də elə vermisiz ki, heç kəs heç nə etmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin". 

Bizimxeber.az

"Biz ev heyvanıyıq, siz də sahibimiz? " - Müğənni Elnarə od püskürdü

Cebhe.info

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84