“Biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik” - Prezident

14:57 - 08 Oktyabr
    1050 oxunma

“Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır”.  Bizimxeber.az bunu Prezident İlham Əliyev rəsmi tvitter hesabında yazıb. 

O qeyd edib ki, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. 

Dövlət başçısı əlavə edib ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik: “Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk”. 

İlham Əliyev münaqişə haqda daha bir tvit yazıb: "Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84