.
.

Bişkekdə mitinq - DİN başçısının istefası tələb olunur

12:38 - 08 Aprel
    10440 oxunma

Qırğızıstanın paytaxtı Bişkeşdə qız qaçırılmasına və qadınları zorla evləndirməyə məcbur edilməsinə qarşı mitinq keçirilib.

Bizimxeber.az bilririr ki, yüzlərlə insa ölkənin Daxili İşlər Nazirliyinin binası yaxınlığına toplanaraq əllərində "Cinayət cəzalandırılmalıdır", "Qaçırılmanı dayandırmaq üçün neçə nəfərin ölməsi lazımdır?" və "Ala-Kachuu (gəlin qaçırma - red.) ənənə deyil" yazılı plakatlar tutublar. 

Etirazçıların bəziləri Daxili İşlər naziri Ulan Niyazbəyovun istefasını, habelə hərəkətsizlik üçün hüquq-mühafizə orqanlarının işçilərinin mühakimə olunmasını tələb edirlər.

Mitinqin səbəbi 27 yaşlı Aizada Kanatbekovanın qalmaqallı qətli olub. Qadın 5 aprel tarixində naməlum şəxslər tərəfindən qaçırılıb. Qohumları qacırılmanı qızın zorla ərə verilməsi kimi qiymətləndirir. Polisin axtarışı nəticə verməyib.

7 aprel tarixində isə Bişkek yaxınlığında yerləşən bir tarlada çoban şübhəli bir avtomobil görüb. İçəridə qaçırılan və zorakı ölüm izləri olan qurbanın cəsədləri tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaqın ilkin versiyasına görə, kişi qızı qaçırdıqdan sonra boğub.

Qeyd edək ki, Qırğızıstanda il ərzində bu cür qaçırılma hadisələrinin sayı təxminən minə yaxındır ki, bunların da 20% -dən azı məhkəməyə verilir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84