“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”

13:35 - 15 Avqust
    2910 oxunma

Məlum olduğu kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun maliyyə yoxlamaları zamanı xeyli miqdarda büdcə vəsaitini mənimsədiyi və digər qanun pozuntularına yol verdiyi bildirilir.

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov həbslərin yalnız Eldar Həsənovla deyil, rəhbərlikdə olan digər şəxslərin də həbs oluna biləcəyini bildirib. O, səfirin həbsinin bu günlərdə Türk Silahlı Qüvvələrinin Amanos dağında PKK və YPG-yə qarşı başlatdığı “İLDIRIM-5” əməliyyatı ilə bağlılığının olduğunu qeyd edib: “Bir çoxları Eldar Həsənovun həbsinin səbəbini XİN-dəki yeyintilərlə bağlayır, bəziləri isə Serbiya nümayəndə heyətinin Bakıdan qayıdandan sonra baş verdiyinin təsadüf olmadığını yazırlar. Amma hamının unutduğu bir şey var. O da Türk dövlətinin üst düzeyindəki şəxslərin ölkəmizdə səfərdə olmasıdır.

Məncə, həbslər Eldar Həsənovla bitməyəcək. Rəhbərlikdə təmsil olunan bir neçə şəxsin də həbs olunması an məsələsidir. Çox güman ki, Eldar Həsənovun həbsinin bu günlərdə Türk Silahlı Qüvvələrinin Amanos dağında PKK və YPG-yə qarşı başlatdığı “İLDIRIM-5” əməliyyatı ilə bağlılığı var. Hər halda, yaxın günlərdə hər şey aydınlığa çıxacaq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84