Bir həftədə iki qardaşı vəfat etdi - Vəzifəli şəxsin ailəsində faciə

11:44 - 04 İyul
    2985 oxunma

“Azərsu” ASC-nin şöbə rəisinin müavinin ailəsinə ağır itki üz verib. Bizimxeber.az bildirir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

O qeyd edib ki, hadisə bir həftə ərzində baş verib: “Qurumun müraciətlərlə iş şöbəsinin rəis müavini Heydər Abbasov bir həftə ərzində iki qardaşını itirib. Onlardan biri ürək tutmasından vəfat edib. Ağır itkidir, ailəsinə baş sağlığı veririk. 

H.Abbasov dəfnlə əlaqədar rayondadır. Mərhumların hər ikisi Şəmkirin Çənlibel kəndində torpağa tapşırılıb”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84