“Bir günün içində barışa bilərik, əgər Putin istəsə” - Müşavir
-
5440 oxunma

“Rusiya və Ukrayna bir gündə barışa bilər, münaqişənin açarı Putinin əlindədir”. “RİA Novosti” xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin informasiya siyasəti üzrə müşaviri Aleksey Arestoviç deyib. "Çox gözəl başa düşürəm ki, biz bir günün içində barışa bilərik. Əgər dünyada bir nəfər qərar verərsə - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin. Münaqişənin həlli onun əlindədir”-deyə o qeyd edib.
Aleksey Arestoviç ABŞ-ın yeni prezidenti Co Baydenlə yanaşı, Avropadan gələn sanksiya və təzyiqlərə də ümid bağladığını söyləyib: "İndi ümid edirəm ki, ABŞ-ın yeni rəhbərliyi müsbət dəyişikliklərə doğru təzyiqlər göstərəcək”,-deyə o vurğulayıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84