Binanın şəraitindən şikayətlənən həkimə şiddətli töhmət verildi - Video

14:01 - 05 Avqust
    2155 oxunma

Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib. Bu barədə Report-a Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb. 

Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84