.
.

Bill Qeyts Melindaya milyardlarla dollar təzminat ödədi

01:04 - 16 May
    998 oxunma


“Microsoft”un sahibi Bill Qeytsin arvadı Melindadan boşanandan bəri ödədiyi təzminatın məbləği bilinib.

Bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrin məlumatına görə, B.Qeytsə məxsus “Cascade Investment” şirkətindən boşanma müddətindən  indiyədək Melindanın “Deere & Co” şirkətinə üç milyard dollar köçürülüb.

Bunun bir miqdarı 851 milyon dollar dəyərində olan 2,25 milyon səhmdir. Qiymətli kağızlar, müxtəlif kapitallar və aksiyalar da üç milyardlıq məbləğə daxildir.

Bildirilib ki, cütlük ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi idi. 

Xatırladaq ki, Melindanın “Deere & Co” şirkəti kənd təsərrüfatı texnikalarının istehsalı üzrə ixtisaslaşıb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84