. .

Biden üçün “soyqırım” ifadəsini istifadə etmək nəyə görə vacibdir?

14:50 - 24 Aprel
    10286 oxunma

ABŞ Prezidenti Co Bayen, 24 aprel 1915 hadisələrinin ildönümü ilə bağlı açıqlamasında "soyqırım" ifadəsini istifadə etməyə hazırlaşır. Beləliklə, Bayden 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reqandan sonra ilk ABŞ prezidenti olacaq - deyə BBC News Türkçe saytındakı məqalənin müəllifi yazır.

İrem Köker öz təhlilində iki il əvvəl ABŞ Konqresinin hər iki qanadının, 1915-ci ildəki hadisələri "soyqırım" olaraq tanıyan qətnamələrin qəbul edildiyini xatırladır.

23 Apreldə Co Bayden, vəzifəyə gəldikdən sonra, Prezident Rəcəp Tayyib Ərdoğanla ilk dəfə olaraq telefon danışığı aparıb. Görüşlə bağlı Ağ Ev-in yaydığı açıqlamasında 1915-ci il hadisələri ilə bağlı heç bir məlumat verilməyib. Bir müddət sonra isə ABŞ mediasına və "Reuters" xəbər agentliyinə görüşlə bağlı təfərrüatların sızdırıldığı məlum olub, - təhlildə deyilir.

Xəbərlərə əsasən, Bayden Ərdoğana 1915 hadisələrini "erməni soyqırımı" kimi tanıyacağını söyləyib.

Mütəxəssislərə əsasən, "soyqırım" terminin beynəlxalq hüquqa 1946-cı ildə daxil olduğundan belə tanınmanın Türkiyəyə heç bir hüquqi təsiri olmayacaq. Bununla birlikdə, Baydenin vəzifəyə gəldiyi gündən bəri, "soyqırım" barədə mülahizələrin siyasi əhəmiyyətinin artdığı qeyd olunur.

'Bu ifadənin istifadəsi çox önəmlidir"

ABŞ-dakı İllinois Universitetinin Siyasət Fakültəsindən Dr. Sibel Oktayın bu ifadənin istifadəsinin olduqca önəmli olduğunu hesab edir. "Indiyədək həm Demokrat, həm də Respublikaçı Prezidentlər, Türkiyə ilə əlaqələri korlamamaq üçün bu mövzuda daima açıq mövqe tutmaqdan çəkiniblər. Baydenin bu nöqtədə keçmişdən olduqca fərqli bir istiqamət seçdiyini görürük. Düşünürəm ki, bununla Türkiyəyə "sizin bu həssaslığınız artıq bizim siyasətimizi formalaşdıracaq" siqnalı göndərilmiş oldu", - Dr. Sibel Oktay deyir.

"Əlbəttə, həm ABŞ, həm də Türkiyə, ikitərəfli əlaqələrini davam etdirmək istəsələr, bu əlaqələrin tarixi və çoxölçülü olduğu və bu qərarın ikitərəfli münasibətləri pozmayacağını iddia edəcəklər. Ancaq bu ifadənin istifadəsi Türkiyənin həssaslığına açıq şəkildə məhəl qoyulmadığını göstərir ".

"Co Baydenin 20 Yanvarda vəzifəyə başladığı gündən bəri Türkiyə ilə ABŞ arasında gərgin dönəm yaşanmaqdadır"- deyə İrem Kökenin yazdığı təhlildə deyilir.

ABŞ rəsmiləri Türkiyədəki insan haqları vəziyyəti ilə əlaqədar daha tənqidi yanaşma nümayiş edirlər. Bundan əlavə, Ərdoğanın Baydenin vəzifəyə gəlməsindən sonra ilk mərhələdə əlaqə qurduğu dünya liderləri arasında olmaması və onunla ilk telefon təmasının indi qurulması əlaqələrdəki soyuqluğun təzahürü kimi qiymətləndirilir.

ABŞ ermənilərin kütləvi qətlini "soyqırım" kimi niyə indi tanııyır?

"Bu qərarıyla Bayden, həm əvvəlki dövr qanunverici orqanın tutduğu mövqeyi dəstəklədi, həm də seçki vədini yerinə yetirmiş oldu. Zənnimcə, ən başlıcası, bu qərarla "Erməni Soyqırımı" məsələsi Türkiyə ilə ABŞ arasında girov olmaqdan qurtuldu", - Dr. Sibel Oktay deyir.

Bayden, kampaniya dövründə "Erməni Soyqırımını tanıyacağını" vəd etmişdir. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasının "həqiqətlərlə heç bir əlaqəsi olmayan və yalnız siyasi hesablamalara söykənən böhtan" kimi səciyyələndirib, BBC News Türkçe saytındakı məqalədə deyilir.

ABŞ rəhbərliyi, Bill Clinton-un dövründən bəri 24 aprel tarixində anım açıqlaması ilə çıxış edir. Barak Obama və Donald Tramp da daxil, prezidentlərin bəyanatlarında "Mets Yeğern" (Böyük Fəlakət) sözü istifadə edilib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84