“Bibiheybət yolu” açılıb

10:20 - 24 İyun
    730 oxunma

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.

Bunu açıqlamasında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yol dünən gecədən istifadəyə verilib:

“Dünən gecə yol asfaltlandıqdan sonra istifadəyə verilib. Yoldan şəhərə giriş-çıxış tam bərpa olunub”. 

Qeyd edək ki, 2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub və yol yararsız vəziyyətə düşüb. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84