“Bəzən şəhərləri azad edirik, 1-2 gün sonra açıqlama veririk”

14:34 - 12 Oktyabr
    1290 oxunma

“Onların mövqeləri əsasən təpələrdə idi və bu istehkamları yarmaq çətin bir iş idi”. Bunu Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində deyib: “Biz bir neçə yerdən müdafiəni yardıq, artıq hansı təmas xəttindən söhbət gedə bilər? Azərbaycan ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni ərazilər azad edirik.

O mövqelər şərt deyil ki, kənd olsun yaxud şəhər olsun, təpə olsun, dağ olsun, o da önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ starteji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir, şəhərdə də biz varıq.

Amma şəhərə girək, ya girməyək, bu, başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir-iki gün sonra açıqlama veririk. Bunun da taktiki var”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84