Beyrutdakı partlayışın vurduğu zərər hesablandı

10:10 - 01 Sentyabr
    5015 oxunma

Dünya Bankı 2020-ci ilin avqustunda Beyrutda ammonium nitratın saxlanma şəraitinin pozulması nəticəsində baş vermis partlayışdan dəymiş ziyanı hesablayıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Partlayış nəticəsində şəhərdə binalar dağılıb, xəstəxanalar, məktəb və küçələrə ağır zərər dəyib. Partlayış həmçinin şəhərdə iqtisadi aktivliyin azalmasına səbəb olub. Analitiklərin fikrincə, bütün bunlar ölkədə 45 faizə çatan işsizlik səviyyəsinin daha da artmasına gətirib çıxara bilər.

Dünya Bankının qiymətləndirməsinə əsasən Livanın dövlət sektorunun bərpasına 2020-2021-ci illərdə 1,8-2,2 milyard dollar tələb olunur. Yaxın aylarda 90 min vətəndaşın zəruri ehtiyaclarını və ən azı 15 min insanın qısamüddətli məşğulluğunu təmin etmək üçün hökumətin 35-40 milyon dollara ehtiyacı var. Ölkədə minlərlə insanın məşğulluğunu təmin edən mikro və kiçik biznesə təcili dəstək üçün daha 225-275 milyon dollar tələb olunur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84