Beyrut limanının baş direktorunun həbsinə order verildi

00:48 - 19 Avqust
    2370 oxunma

Hakim Beyrut limanında baş vermiş partlayışın araşdırılması çərçivəsində limanın baş direktoru Həsən Kreytemin həbsinə order verib. “Qafqazinfo” bildirir ki, bu barədə “LBC” telekanalı xəbər verib. 

Telekanalın məlumatına görə, bu iş üzrə məhkəmə müstəntiqi, hakim Fadi Savan Kreytemin 4 saata yaxın davam edən dindirilməsindən sonra onun həbs edilməsi barədə order verib. Bundan əvvəl Savan Livan Gömrük Xidmətinin baş direktoru Badri Daherin həbsinə order vermişdi.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş partlayış nəticəsində 170-dən çox insan ölüb, yüzlərlə ev, avtomobil zərər çəkib və ya yararsız hala düşüb. Şəhərdə sentyabrın 18-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84