. .

Beyonsun milyon dollarlıq əşyaları oğurlandı

14:16 - 27 Mart
    17165 oxunma

Amerikalı məşhur müğənni Beyonsun bahalı əşyalarının saxlandığı Los-Ancelesdəki anbardan 1 milyon dollar dəyərində əşyaları oğurlanıb. Bizimxeber.az bildirir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib.

Oğrular Beyonsun əşyalarını anbardan  iki dəfəyə çıxarıblar. Anbar otaqlarını Parkvood Entertainment ifaçısı prodüser şirkəti icarəyə götürsə də, mənbənin məlumatına görə, oğurlanmış bütün əşyalar müğənniyə məxsus oub. Bildirilir ki, anbarda bahalı çantalar və donlar saxlanılırmış.

Qeyd edək ki, Beyonse RnB üslubunda oxuyan müğənni, musiqi prodüseri, aktrisa, rəqqasə və modeldir. O, "Qremmi" mükafatının sahibidir və bu qadınlar arasında rekord nailiyyətdir. "Sony"nin səsyazma şirkətinin məlumatına görə, onun diskləri 100 milyon nüsxədən artıq tirajla satılıb. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84