Betonlanan ağacın dibi təmizləndi - Kimlər günahkardır? - FOTO

14:34 - 29 İyul
    1395 oxunma

Nərimanov rayonunda ağacın dibi betondan təmizlənib.  ETSN-dən verilən məlumata görə, rayonun Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı quruma daxil olan məlumat yerində araşdırılıb. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan şirkətin özü tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib. 

Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan məcburi göstəriş verilib: “Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər”.

P.S
Maraqlıdır ki, aidiyyatı qurumlar hər dəfə bu halların qarşısını mətbuat yazandan və ya edilən şikayətlərdən sonra araşdırmalı olur. İstər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları, istərsə də Nərimnaov rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi bunu zamanında niyə görmür? Yaxud görə bilmir... Bu hansı müəmmadır? Mövzu araşdırılmalıdır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84