. .

Bərgüşad və Həkəri çaylarının balıqlarını Sumqayıta kim gətirir?

17:49 - 16 May
    1843 oxunma


"Qubadlının Bərgüşad və Həkəri çaylarının balıqları ovlanır".  

Bizimxeber,az xəbər verir ki, bu barədə jurnalist Rəsul Mirhəşimli məlumat verib. O bildirib ki, hər iki çaydan tutulan balıqlar Sumqayıt şəhərinin bazarlarında satılır:

"Ov mövsümümün qadağan olunduğu bir vaxtda bunu kimlər edir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalıdır. Qubadlı sakinləri rayona qayıtmadan bu yerlərin sərvətini talan edənlər kimdir?! Bərgüşad və Həkəri çaylarına forel buraxmaqla deyil, onları qorumaq da lazımdır".

Qeyd edək ki, bir müddət öncə jurnalistlərin Qubadlıya səfəri zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə xırda farel balıqları buraxılıb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84