. .

Berdiməhəmmədovun atası vəfat etdi

00:35 - 19 Aprel
    10391 oxunma

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdiməhəmmədov 89 yaşında dünyasını dəyişib.

Bu barədə Türkmənistanın dövlət informasiya agentliyi məlumat yayıb.

Qeyd edək ki, Malikqulu Berdiməhəmmədov 12 avqust 1932-ci ildə anadan olub. Karyerasına kitabxanaçı kimi başlasa da, daha sonra ibtidai sinif müəllimi kimi işini davam etdirib.

1958-1982-ci illərdə Türkmənistan Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb və polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84