Bərdədə intihara cəhd edən şəxslə bağlı araşdırma aparılır

13:43 - 11 Sentyabr
    2980 oxunma

Bərdə Rayon Prokurorluğunda intihara cəhd edən şəxslə bağlı araşdırmalar başlayıb. Hadisə ötən gün Bərdə şəhərinin mərkəzində qeydə alınıb. Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Nəsirov İlham Cavanşir oğlu şəhər mərkəzində özünü benzinlə yandıraraq intihara cəhd edib.

O, rayon xəstəxanasının Təcili Tibbi Yardım Xidməti əməkdaşlarının səyi nəticəsində xilas edilib. Aparılan ilkin araşdırma zamanı İ.Nəsirovun səhhətində yaranan problemlərlə əlaqədar intihar etmək istəməsi müəyyən edilib. Hazırda Bərdə Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84