.
.

40-dan çox erməni əsirin olduğu təyyarə Yerevana endi

23:28 - 14 Dekabr
    4209 oxunma


Xəbər verdiyimiz kimi, Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və bu gün əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.

Bizimxeber.az bildirir ki, artıq içərisində 40-dan çox erməni əsirin olduğu təyyarə Yerevanda Erebuni aerodromuna enib. Ermənistanın baş naziri Nikol Paşinyan isə “Facebook” səhifəsində Rusiyaya məxsus təyyarə ilə 44 əsirin Ermənistana çatdırıldığını yazıb.

Qeyd edək ki, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunub, birtərəfli qaydada onların bir hissəsi azad edilib.

Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb və digər hüquqları təmin edilib.

Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84