"...belələri cəmiyyətdə rahat gəzə, hərəkət edə bilməsin"

12:09 - 09 May
    4995 oxunma

"Belə insanlarla danışmamaq, müzakirələrə buraxmamaq, onlardan qaçmaq, onları ətrafdan təcrid etmək lazımdır”.

Bizimxeber.az bildirir ki, bunu açıqlamasında Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev 190 manat birdəfəlik yardım alan Səbinə Kətanovanın xalqı, cəmiyyəti təhqir etməsi ilə bağlı yaydığı videosundan danışarkən deyib.
 
Əliməmməd Nuriyevin fikrincə, xalqı, cəmiyyəti təhqir edən, onun dəyərlərini ayaq altına salan insanlar ən ağır cəzaya məhkum olunmalıdır: "Bu qadın açıq-aşkar cəmiyyəti təhqir edib. Cəmiyyətə qarşı açıq şəkildə hörmətsizlik edib. Belələri ilə bağlı tədbir görəndə dərhal ifadə azadlığı məsələsi ortaya çıxacaq. Deyəcəklər ki, qadın fikirini bildirib və s. Fikrini bildirib, amma bütövlükdə camaatı təhqir edib. Özü də elə bir təhqir edib ki…

İctimai qınaq məsələsi var. Bu günlərdə mən korrupsiya ilə bağlı müzakirə gedən bir toplantıda bir fikir söylədim. Roma hüququnda belə bir məsələ var: "Vicdansiz elanetmə”. Yəni, hər hansı bir şəxs cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik edir, cəmiyyətin dəyərlərini ayaq altına salır, həmin adam hakim qarşısına çıxarılanda onun barəsində vicdansiz elanetmə hökmü verilir.

Bu insanlar həmin ərazidə, həmin coğrafiyada yaşaya bilməz, heç kəs onunla salamlaşmır, heç kəs onu dindirmir, əlaqə saxlamır. Yaxın qohumlar, ətrafı da ondan imtina edir. Və beləcə cəmiyyət onu qəbul etmir, rədd edir. Cünki bu cəmiyətin bütün dəyərlərini ayaq altına salıb. İctimai qınaq belə insanlarla danışmamaq, müzakirələrə buraxmamaq, onlardan qaçmaq, onları ətrafdan təcrid etmək lazımdır”.

Əliməmməd Nuriyevin fikrincə, əgər mənəviyyat davranışları ilə əhatə olunsa, bu insan ya tərbiyə olunacaq, peşiman olub insanlardan üzr istəyəcək, ya da öz-özünü məhv edəcək: "Bu cür davranış nümayiş etdirmək lazımdır ki, belələri cəmiyyətdə rahat gəzə, hərəkət edə bilməsin. Siz onun maşını idarə etməsinə baxın, elə bil meydan oxuyur. Bu, həm də başqa bir məsələyə gətirib çıxardır. Məmurların harınlaşmasından danışırıq.

Bəzi məmurlar harınlayıb, onlar da bütün dəyərləri tapdalayıb. Elə insanlar var ki, belə məmurların hesabına nəsə əldə ediblər. Halal zəhməti ilə bu yerə gəlib çıxanlar cəmiyyətə qarşı belə fikir sərgiləməz”.

Qeyd edək ki, sosial şəbəkədə məşhurlaşan Səbinə Kətanova adlı "bloger” olduğu deyilən qadın işsiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək 190 manat birdəfəlik yardım alıb. Həm o, həm də ehtiyacı olan insanlara "yox” cavabı verən nazirlik də ictimai qınağa tuş gəlib. Səbinə isə onu qınayanları ağır formada təhqir edib. /Qaynarinfo/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84