Bələdiyyələrin fəaliyyətinə Ədliyyə Nazirliyi nəzarət edəcək

20:12 - 11 İyul
    1715 oxunma

Ədliyyə Nazirliyinin vəzifələri artırılıb.

Məlumata görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

İndiyə qədər Ədliyyə Nazirliyi bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirirdi.

Fərmana əsasən, nazirlik  həm də yuxarıda qeyd edilən halları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84