“Belə müğənnilər xalqın gözü qarşısında güllələnməlidir!” – İzzət Bağırov

13:42 - 29 İyul
    5945 oxunma

“Efirə elə müğənnilər dəvət edirlər, heç nə danışdığını bilmir, musiqidən xəbərsizdir.  Elə müğənniyə oxumağına görə güllələnmə düşər. Onun oxumağı cinayətdir. Elə xalqın gözü qabağında güllələnməlidir”. 

Bizimxeber.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov bəzi həmkarları haqda danışarkən deyib. ATV telekanalında yayımlanan “7 Canlı”  verilişinin qonağı olan ifaçı efirə gələn müğənnillərin əvvəlcədən şərt  kəsməsini lağa qoyub: “Bəziləri efiri bağlatdırır, fişənglər, şarlar düzdürür. Güllər gətizdirir, deyir göndəriblər.

Hansı ki, o gülün min manat qiyməti var, guya kimsə göndərib. Efirə gələndə də deyir məndən başqa heç kim olmasın. Bunları görəndən sonra, fikirləşdim ki, ağlamayan uşağa pəpə vermirlər. İndi artıq verilişə gələndə soruşuram, kim olacaq məndən başqa”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84