Belarusiyada 200 min nəfər 127 min nəfərə qarşı - Say açıqlandı

13:12 - 17 Avqust
    1705 oxunma

İspaniaylı memar David Manso avqustun 16-da Minskdəki aksiyalarda nə qədər adamın olduğunu hesablayıb. BBC-nin məlumatına görə, o, bu hesablamaları Minskidən çəkilmiş fotolar üzərində aparıb. İspaniyalı memarın Belarusdakı hadisələrə maraq göstərməsinin səbəbi onun həyat yoldaşının belaruslu xanım olması ilə izah olunur.

Memar, müəyyən bir ərazidə insanların sayını hesablamağa kömək edən xüsusi bir kompüter proqramından istifadə edib. Yekun nəticə olaraq o avqustun 16-da Minskdə seçki saxtakarlığına etiraz edənlərin sayının 127 min 300 nəfər olduğunu açıqlayıb. 

Eyni şəkildə David Manso, Aleksandr Lukaşenko tərəfindən yığılmış mitinqdə iştirak edənlərin sayını da hesablayıb və məlum olub ki, həmn aksiyada 12,700 nəfər iştirak edib. Bazar günü mitinqlərində iştirak edənlərin sayı barədə digər mənbələrdən alınan məlumatlar çox dəyişir.

"Reuters" agentliyi isə hesab edir ki, seçki saxtakarlığına etiraz edən Lukaşenko əleyhdarlarının sayı təxminən 200 min nəfər olub. "Reuters" Belarus prezidentinin danışdığı mitinq iştirakçılarının sayını açıqlamır, lakin hökumətyönlü mənbələrə görə, Lukashenkaya ölkənin bütün bölgələrindən olan "on minlərlə" nümayəndəsi dəstək verib. (azadliq.org)

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84