Belarusda bir gündə 1127 Lukaşenko əleyhdarı tutuldu

13:00 - 16 Noyabr
    3520 oxunma

"Vesna” insan haqları mərkəzinin verdiyi məlumata görə, 15 noyabrda Belarusda 1127 nəfər saxlanılıb. Məlumata görə, insanların çoxu Minskin payına düşüb. Bundan əlavə, polis Qomel, Svetloqorsk, Novoqrudok, Bobruisk, Qrodno, Pinsk, Brest, Novopolotsk, Baranoviçi, Moqilev, Osipoviçi, Jlobin, Molodeçno, İvye şəhərlərində də həbslər aparıb.

Bundan əvvəl Minsk şəhər İcraiyyə Komitəsinin polis idarəsi Belarus paytaxtındakı həbsləri və müxalifətə qarşı xüsusi texnikanın istifadəsini təsdiqləmişdi. Bundan başqa adamlara qarşı səs bombası atılıb, rezin güllələrdən istifadə edilib və s.

Belarusda insanlar üç aydır Aleksandr Lukaşenkonun altıncı prezidentlik müddətinə etiraz edirlər. Buna cavab olaraq, o, özünü xalq tərəfindən seçilmiş prezident adlandırır və heç yerə getməyəcəyini bildirir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84