“Belarus kəşfiyyatının Navalnıya dair materialları “FSB”yə göndərilib” - Peskov

16:07 - 04 Sentyabr
    4000 oxunma

“Aleksey Navalnının zəhərlənməsi barədə məlumatların saxtalaşdırılmasını sübut edən Belarus kəşfiyyatının materialları Rusiya Federal Təhlükəsizlik Xidmətinə göndərilib, qurum bununla bağlı Prezident Vladimir Putinə məlumat verəcək”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Bütün materiallar ötən gün göndərilib. Dünən diqqət yetirdinizsə, Lukaşenko onların “FSB”yə göndəriləcəyini demişdi. FSB yəqin ki, belaruslu həmkarları tərəfindən göndərilən sənədlər barədə məlumat verəcək, buna şübhə etmirəm, bu, istənilən xüsusi xidmət orqanının funksiyasıdır”,- deyə Peskov qeyd edib.

Bununla yanaşı D.Peskov Belarus tərəfinin topladığı materialların məzmunu barədə hazırda hər hansı fikir bildirməyin çətin olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Baş Naziri Mixail Mişustinə Belarusun Varşava ilə Berlin arasındakı telefon danışıqlarını ələ keçirdiyini açıqlayıb. O qeyd edib ki, bu danışıqlar Almaniya Kansleri Angela Merkelin Aleksey Navalnı ilə bağlı açıqlamasının saxta olduğunu sübut edir və yaxın gələcəkdə Belarus məlumatları FSB-yə göndərəcək.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84