Bəhram Bağırzadə koronavirusdan sağaldı

17:44 - 23 İyul
    1950 oxunma

Bir müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadənin sonuncu test nəticələri neqativ çıxıb.

Bizimxeber.az xəbər verir ki. bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib. Bildirilib ki, iyulun 21-də Bəhram Bağırzadədən koronavirus infeksiyası üçün PCR testi götürülüb. Testin nəticəsi mənfi (neqativ) olub.

Xatırladaq ki, Bəhram Bağırzadənin bu günə qədər verdiyi test nəticələri müsbət (pozitiv) olub. Onu da qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84