BDU-dan qovulan tələbə haqda bu gün qərar veriləcək

13:25 - 30 Noyabr
    2270 oxunma

Bakı Dövlət Universiteti dövlət bayrağına qarşı hörmətsizlik iddiasıyla əlaqədər universitetdən qovulan tələbənin bərpa edilməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, universitetin Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib:

"P.Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcək".

Xatırladaq ki, P. Məhəmmədov BDU-nun Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsidir. Onun onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilməsi sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb. Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirərək hər kəsdən üzr istəmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84