.
.

"Büdcədən pulların "sağılması"... davam edə bilməz" - Prezident

14:52 - 26 Fevral
    34920 oxunma

“Azərbaycanda dövlət şirkətlərinin idarəetməsi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə büdcədən pulların “sağılması” üçün istifadə olunur. Belə davam edə bilməz”.

Bu sözləri prezident İlham Əliyev xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında İnvestisiya Holdinqinin yaradılması ilə bağlı sualı cavablandırarkən deyib. 

Dövlət başçısı qeyd edib ki, dövlət şirkətlərində idarəetmə sisteminin təkmilləşdirilməsi üçün İnvestisiya Holdinqi yaradılıb. “Dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür. SOCAR da bu yaxınlara qədər qazlaşdırmaya görə, dotasiya alırdı. Belə ola bilməz”-deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, bu şirkətlərin əksəriyyəti səmərəsizdir: “Rəhbərliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşməsi baxımından kim yeni qaydalarla dürüst, şəffaf işləmək istəməsə məsuliyyətə cəlb olunacaq”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84