Bazar necə hərbi əhəmiyyət daşıya bilər? - Prezidentin köməkçisi

15:19 - 05 Oktyabr
    1395 oxunma

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında Ermənistan qoşunlarının Gəncənin mərkəzi bazarını artilleriya atəşinə tutması barədə paylaşım edib.

O, yazıb: "Bazar necə hərbi əhəmiyyət daşıya bilər? Bu raket zərbəsi tək məqsədlə endirilib - mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olmaq. Ermənistanın dinc azərbaycanlılara qarşı terroru davam edir.

Ermənistan tərəfindən Gəncə, Mingəçevir, Bərdə, Tərtər və Azərbaycanın digər iri şəhərlərinin intensiv raket atəşinə tutulması Ermənistanın dinc sakinlərin öldürülməsi məqsədilə həyata keçirdiyi dövlət terrorudur. Ermənistanın hərbi-siyasi rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84