Bazar günü hava necə olacaq? - PROQNOZ

13:30 - 15 Avqust
    3060 oxunma

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə 16 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-22,  gündüz  27-29, Bakıda  gecə 20-22, gündüz  27-29 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45  faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə

18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz  14-18 dərəcə  isti olacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84