Baydenlə Si Cinpin telefonla danışdı
-
14600 oxunma
.jpg)
Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında ilk telefon danışığı olub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Ağ Evin yazılı bəyanatında deyilir.
Telefon danışığında koronavirusla mübarizə, iqlim dəyişikliyi və silah yayılmasının qarşısının alınmasını müzakirə edilib.
“İki lider “COVID-19” pandemiyasına qarşı mübarizə, səhiyyə sahəsində qlobal təhlükəsizliyin ümumi çağırışları, iqlim dəyişikliyi və silah yayılmasının qarşısının alınmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - bəyanatda qeyd olunur.
Bundan başqa, Bayden Honq Konq, Sintszyan-Uyğur Muxtar Rayonu və Tayvandakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84