. .

Baydenlə Putinin görüşü barədə Rusiya XİN-dən aşıqlama 

12:07 - 14 Aprel
    13877 oxunma

"Vladimir Putin və Co Baydenin görüşü Prezident Administrasiyasının səlahiyyətindədir. Rusiya tərəfi öz işini görür".

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi Mariya Zaxarova mətbuata açıqlamasında bildirir.

Onun sözlərinə görə, ötən gün Rusiya və ABŞ prezidentləri telefon danışığı aparıblar və bu danışıqlar zamanı ölkələr arasında münasibətləri və bir sıra beynəlxalq məsələləri ətraflı müzakirə ediblər. 

Tərəflər qlobal təhlükəsizliyin təmin olunmasının vacib istiqamətləri üzrə dialoqun davam etdirilməsinə hazır olduqlarını bildiriblər. Amerikalı lider ikitərəfli münasibətlərin, o cümlədən ənənəvi olaraq kəskin vəziyyətin sabitləşməsində maraqlı olduğunu bildirib.

Zaxarova bildirib ki, ABŞ prezidenti danışıqları davam etdirmək üçün yaxın günlərdə şəxsi görüş təklif edib. O, həmçinin 22-23 aprel tarixlərində videokonfrans rejimində keçiriləcək iqlim sammitində iştirak etmək üçün Rusiya liderinin dəvətini təsdiqləyib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84