Baydenin öskürəyi amerikalıları qorxutdu

17:36 - 15 Dekabr
    1000 oxunma

ABŞ-da seçicilər son prezident seçkilərində rəsmi olaraq qalib gələn 78 yaşlı Co Baydenin sağlamlığından ciddi şəkildə narahat olub. Buna səbəb seçki səsverməsinin nəticələri ilə bağlı çıxış edərkən Baydenin öskürməsi olub.

Beləliklə, istifadəçilərdən biri Ağ Evin gələcək rəhbərinin 14 dəqiqədən az çəkən nitqi zamanı 17 dəfə öskürdüyünə diqqət çəkib. "Daily Mail”in verdiyi məlumata görə, Baydenə boğaz qıcıqlanmasını sakitləşdirmək üçün su içmək də məsləhət görülüb.

Bundan əlavə, həkim olan bir qadın vurğulayıb ki, öskürərkən ağızı Bayden kimi yumruqla deyil, dirsək büküşüylə tutmaq lazımdır. Bu, koronavirusla mübarizə qaydalarına görə də belədir.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84