Baydenin reytinqi azaldı
-
9920 oxunma

ABŞ Prezidenti Cozef Baydenin dəstək reytinqi dövlət başçısı olduğu ilk günlərindən bəri iki faiz azalıb. Azvision.az xəbər verir ki, bunu “Hill” nəşrinin “HarrisX” kompaniyası ilə birlikdə apardığı sorğunun nəticələri göstərir.
Sorğuda iştirak edənlərin 61%-i Baydenin prezident kimi fəaliyyətini bəyənir. Bu arada, andiçmə mərasimindən dərhal sonra 21-22 yanvar tarixlərində keçirilən sorğunun nəticələrinə görə, yeni prezidentə dəstək 63% təşkil edib.
Həftə ərzində respublikaçılar arasında Baydenə dəstək altı faiz azalıb, ancaq demokratların qiymətləndirməsi dəyişməyib. Sorğu 28-29 yanvar tarixlərində 945 respondentin iştirakı ilə onlayn keçirilib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84