. .

Baydenin Putinlə bu tarixdə görüşəcək

01:01 - 15 Aprel
    9460 oxunma

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə qarşıdakı həftələrin birində görüşməyi təklif edib. 

Bizimxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə mətbuat konfransında bildirib. “Biz Rusiya ilə sabit və proqnozlaşdırıla bilən bir münasibətə üstünlük verərdik.

Bu da öz növbəsində, düşüncələrimizi, siyasətimizi, Rusiyanın davranışlarına etirazımızı açıq şəkildə bildirmək üçün birbaşa kommunikasiya əlaqələri tələb edir. Bu, yanlış hesablamaların qarşısını almaq üçün vacibdir. Bunu siz dünən də gördünüz. Bayden Putinə zəng etdi və qarşıdakı həftələrin birində görüşməyi təklif etdi”, - deyə Blinken qeyd edib..

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84