Baydenin neçə naziri təsdiqlənib?

14:51 - 03 Fevral
    8280 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

ABŞ-ın yeni prezidenti Cozef Baydenin hökumətində 5 katib (nazir) Konqresin yuxarı palatası olan Senatda təsdiqlənərək vəzifəsinin icrasına başlayıb:

Entoni Blinken – dövlət katibi (xarici işlər naziri)

Lloyd Ostin – müdafiə naziri

Alexandro Mayorkas – daxili təhlükəsizlik naziri

Canet Yellen – maliyyə naziri

Pit Butticiç – nəqliyyat naziri.

Yerdə qalan 10 nazirin səlahiyyətlərini bu şəxslər icra edir:

Manti Uilkinson – ədliyyə naziri (baş prokuror)

Skat de la Veqa – daxili işlər naziri

Vin Kaqins – ticarət naziri

Kevin Şe – kənd təsərrüfatı naziri

Devid Hayzanq – energetika naziri

Met Emmonn – tikinti və şəhər inkişafı naziri

Al Stüart – əmək naziri

Norris Kokran – səhiyyə və sosial xidmətlər naziri

Det Tran – veteranlarla iş naziri

Fil Rozenfelt – təhsil naziri.

1942-ci il təvəllüdlü Cozef Bayden yanvarın 20-dən prezidentdir. O, Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb.

1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib. 2009-2017-ci illərdə vitse-prezident postunu tutub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84